Home GÜNDƏM SON DƏQİQƏ! Bu nazir və deputatın ŞİRKƏTLƏRİ LƏĞV OLUNDU

SON DƏQİQƏ! Bu nazir və deputatın ŞİRKƏTLƏRİ LƏĞV OLUNDU

by admin
6 views
Yanvarın 18-də Azərbaycanda 6 şirkət ləğv olunub. 
KAİM.az xəbər verir ki, ləğv olunan şirkətlərin ikisinin qanuni təmsilçisi eyni şəxsdir. Belə ki, “Auto EUİ Azerbaijan” və “Prof Trade Service” MMC-nin qanuni təmsilçisi Tahir Cəmil oğlu Muradovdur.
Şirkətlərin hüquqi ünvanı fərqli olsa da, mediada hər iki MMC-nin “Gilan Holding”ə aid olduğu bildirilir.
İddialara görə, Tahir Muradovun atası Cəmil Muradov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xalası oğludur və o, nazirin biznesini idarə edən əsas şəxsdir.
Ləğv olunan şirkətlərdən biri də deputat İqbal Məmmədova məxsus “Azqazservis” MMC-dir.
Onlara qarşı bütün maliyyə tələbləri iki ay ərzində təqdim edilməlidir. /qaynarinfo

Bu yazılara da göz atın...