Home GÜNDƏM SON DƏQİQƏ! Türkiyə hərb sahəsində İNQİLAB ETDİ: Sualtı gəmiləri belə MƏHV EDƏCƏK

SON DƏQİQƏ! Türkiyə hərb sahəsində İNQİLAB ETDİ: Sualtı gəmiləri belə MƏHV EDƏCƏK

by admin
6 views

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkənin silahlı qüvvələrinin baş qərargah rəisi Yaşar Gülərin müşayiəti ilə ilk R-72 dəniz patrul təyyarəsi ilə tanış olub.

KAİM.az xəbər verir ki, Türkiyənin Hərbi-Dəniz Qüvvələrinin inventarına ötən ay daxil edilmiş təyyarə ilk uçuşunu edib.

Nazir qeyd edib ki, R-72-də uçan şəxsi heyət əhəmiyyətli tapşırıqları yerinə yetirəcək.

“Təyyarənin yerinə yetirəcəyi tapşırıqlar gələcəkdə vətənimiz və xalqımız, onların təhlükəsizliyinin təminatı üçün əhəmiyyətlidir. Biz Silahlıl Qüvvələri ən müasir texnologiyalarla təmin etməyə davam edəcəyik”, – Akar deyib.

R-72 hərbi dəniz patrul təyyarəsi MELTEM-3 layihəsi çərçivəsində hazırlanıb.

P-72 təyyarələri bu sistemlərin sayəsində sualtı gəmilərin məhv edilməsi, suüstü müdafiə, müşahidə və kəşfiyyat, radiolokasiya, axtarış və xilasetmə kimi əhəmiyyətli tapşırıqları yerinə yetirəcəklər.

P-72 P-235 təyyarələrindən fərqli olaraq, daha uzun müddət ərzində uçuş imkanına malikdir.

oxu24.com

Bu yazılara da göz atın...