Home banner SON DƏQİQƏ!Bu rayonlarda kriminogen durum var? – CANGÜDƏNlə gəzən icra başçıları

SON DƏQİQƏ!Bu rayonlarda kriminogen durum var? – CANGÜDƏNlə gəzən icra başçıları

by admin
21 views

Zalım, rüşvətxor, avtoritet icra başçılarının həbs edilməsi və ya işdən atılması yerli İcra hakimiyyətlərinin işini gündəmə gətirib.

KAİM.az  xəbr verir ki, sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri də bəzi rayonlarında icra hakimiyyəti başçısının yaşadığı evləri polisin mühafizə etməsi və icra başçılarının cangüdən saxlamasıdır.

Belə, icra başçılarından ən öndə gedənləri Şirvan icra başçısı İlqar Abbasov,  Abşeron  icra başçısı İradə Gülməmmədova, Tərtər icra başçısı Müstəqim Məmmədov, Astara icra başçısı Qəzənfər Ağayev, Nərimanov icra başçısı Abdin Fərzəliyev, Qaradağ icra başçısı Süleyman Mikayılov, Lənkaran  icra başçısı Taleh Qaraşov, Masallı icra başçısı Şahin Məmmədov, Salyan icra başçısı Sevindik Hətəmov və Sabirabad icra başçısı Siraqəddin Cabbarovu misal gətirmək yerinə düşər.

Doğrudanmı rayonlarımızda kriminogen durum belə pisdir ki, icra başçıları evlərinin qarşısında mühafizə postu yaradıb, özləri isə adam arasına cangüdənlə çıxırlar? Yox, əgər belə deyilsə, onda icra başçıları kimdən, nədən qorxurlar?

Qeyd edək ki, hazırda ölkədə heç bir kriminal gərginlik müşahidə edilmir və buna görə də icra başçılarının evlərinin mühafizəsinə və onların cangüdənlə gəzməsinə də ehtiyac yoxdur.

Bildirək ki, icra başçılarının hamısı belə etmir. İddia olunur ki, yuxarıda adları çəkilən icra başçıları şan-şöhrət naminə belə edir. Həmin icra başçıları yerlərdə xalqın qayğısını çəkmək yerinə, var – dövlət toplayıb, ad – san çıxarır. Təəssüflər …

Oda təəssüflər olsun ki,  yanında cangüdən və polis gəzdirən icra başçılarının çoxu cəzalandırılsa da, hələdə özünü “kor xəlifə” kimi aparan icra başçıları qalmaqdadır.

KAİM.az

Aqil

Bu yazılara da göz atın...