Home KRİM - XRONİKA 14 Yaşlı qız 3 oğrunu soyuq silah ilə TƏRK-SİLAH ETDİ

14 Yaşlı qız 3 oğrunu soyuq silah ilə TƏRK-SİLAH ETDİ

by admin
5 views

Kolumbiyanın paytaxtı Boqota şəhərində 14 yaşlı qız mağazanı qarət etməyə çalışan üç nəfərin dərsini verib.

KAİM.az xəbər verir ki, yeniyetmə oğruları uzun taxta dəstəkli bıçaqla qovub. Bu zaman qızın anası da yanında olub və ona kömək edib.

Hadisə kiçik ailə dükanlarından birində baş verib. Cinayətkarlardan biri odlu silahdan atəş açıb və mağaza sahibini yaralayıb. Güllə daxili orqanlara toxunmadan çölə çıxıb.

Gənc xanım yerli telekanallara müsahibəsində hər zaman ehtiyatlı olduğunu və soyuq silahı piştaxtanın altında saxladığını bildirib.

KAİM.az

Bu yazılara da göz atın...