Home KRİM - XRONİKA Azərbaycanda DƏHŞƏT! Üç oğlan tələbə qızı zorla QAÇIRDI – AÇIQLAMA

Azərbaycanda DƏHŞƏT! Üç oğlan tələbə qızı zorla QAÇIRDI – AÇIQLAMA

by admin
9 views

Samux rayon sakini, 21 yaşlı qız məcburi qaçırılıb. Bu barədə Gülər Mirzəyevanın anası iddia edib.

O bildirib ki, qızı Azərbaycan Dövlət Aqrar Universitetinə istehsalat təcrübəsinə gedən zaman onu Vüsal adlı şəxs və iki tanışı məcburi qaçırıb:

“Oğlanın ailəsi elçi gəldi, qızım istəmədi. Bu gün məcbur qaçırıblar. Polis qızımın qaçırılması ilə bağlı məsələyə baxmır.”.

KAİM.az xəbər verir ki, Oxu.az məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov açıqlamasında bildirib ki, məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsində araşdırma aparılır:

“Araşdırmanın gedişatı barədə valideynlərə məlumat verilib”.

“Polis əməkdaşları barədə səslənən fikirlər həqiqəti əks etdirmir”,- deyə o əlavə edib.

KAİM.az

Bu yazılara da göz atın...