Home KRİM - XRONİKA Şəhid ailələrini aldadıb pullarını ələ keçirənlər SAXLANILDI – FOTO

Şəhid ailələrini aldadıb pullarını ələ keçirənlər SAXLANILDI – FOTO

by admin
2 views

Tovuz rayonunda dələduzluq edən şəxslər saxlanılıb.

KAİM.az KONKRET.az-a DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadən xəbər verir ki, Tovuz rayonunda şəhid ailəsinin etimadından sui-istifadə etməklə dələduzluq etməkdə təqsirləndirilən şəxslər saxlanılıb.

Tovuz RPŞ əməkdaşlarının rayon sakinindən daxil olan müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən, rayonun Xatınlı kənd sakini Əhməd Əhmədov və onun qardaşı, “qaynar-xett.az” saytının təsisçisi Zaur Əhmədov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, onlar Vətənin müdafiəsi uğrunda şəhid olmuş hərbi qulluqçunun ailəsi ilə əlaqə saxlayıb, valideynlərindən şəhidin sosial sığortası üçün ayrılmış vəsaitin miqdarının artırılması, adının əbədiləşdirilməsi, barəsində kitab və jurnallar dərc edilməsi, habelə yerli televiziya kanallarında verilişlər hazırlanacağını bildirərək hissə-hissə olmaqla ümumilkdə 1850 manat pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci maddəsinin (dələduzluq) müvafiq bəndi ilə cinayət işi başlanılıb. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102” Zəng Mərkəzinə, Tovuz Rayon Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Bu yazılara da göz atın...