Home İDMAN “Atalanta”nın 21 yaşlı futbolçusu vəfat etdi

“Atalanta”nın 21 yaşlı futbolçusu vəfat etdi

by admin
2 views

İtaliyanın “Atalanta” futbol klubunun gənclərdən ibarət kollektivinin üzvü Villi Brasiano Ta Bi vəfat edib.

KAİM.az xəbər verir ki, klubun mətbuat xidmətinin məlumatına görə, 21 yaşlı yarımmüdafəçi qaraciyər xərçəngindən dünyasını dəyişib.

Məlumatda bildirilib ki, oyunçu xeyli müddət xəstəliklə mübarizə aparıb. Ömrünün son aylarını isə vətəni Fil Dişi Sahilində keçirib.

Qeyd edək ki, Ta Bi “Atalanta”nın heyətində 19 yaşadək futbolçular arasında İtaliya çempionu olub.

Bu yazılara da göz atın...