Home İDMAN Taysondan etiraf: “Consonla döyüşdən əvvəl marixuana istifadə etdim” – VİDEO

Taysondan etiraf: “Consonla döyüşdən əvvəl marixuana istifadə etdim” – VİDEO

by admin
4 views

Mayk Tayson həmyerlisi Roy Cons ilə rinqə çıxmazdan əvvəl marixuana istifadə edib.

“The New York Post”un məlumatına görə, bu barədə amerikalı boksçu özü etiraf edib.

“Əlbəttə, mən döyüşdən əvvəl çəkdim. Özümü saxlaya bilmirəm”, – deyə 54 yaşlı idmançı vurğulayıb.

O, bunun ona pis təsir etmədiyi üçün heç bir zaman narkotiki atmağı düşünmədiyini bildirib.

“Bu, mənim etmək istədiyim işdir, bunun izahı yoxdur. Bu, bitməyəcək”, – deyə o əlavə edib.

Qeyd edək ki, Taysonla Cons noyabrın 29-da qarşılaşıb. Onların döyüşü heç-heçə bitib. Hər iki idmançı nəticələrdən narazı qalıb. Onlar təkrar döyüşmək istədiklərini bildiriblər.

Bu yazılara da göz atın...