Home banner “Bu icra başçıları, 2 nazir və 2 oliqarx məmur İSTEFAYA GÖNDƏRİLİR-“Kadr islahatlarının YENİ HƏDƏFLƏRİ”

“Bu icra başçıları, 2 nazir və 2 oliqarx məmur İSTEFAYA GÖNDƏRİLİR-“Kadr islahatlarının YENİ HƏDƏFLƏRİ”

by admin
24 views
“Rayon icra hakimiyyəti başçılarının əksəriyyəti vəzifələrilə vidalaşacaq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olacaq”.
KAİM.az xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında Prezident İlham Əliyevin “kimsə özünü toxunulmaz hesab etməsin” fikrinin növbəti kadr islahatlarının anonsu kimi dəyərləndirilməsinə münasibət bildirərkən politoloq Cümşüd Nuriyev deyib:
“Prezident hələ Şuşaya səfərində milli kadrların hakimiyyətdə təmsil olunacağı mesajını vermişdi. Sumqayıtda olarkən Prezident bu fikrini bir qədər də genişləndirdi. Cəmiyyətimizdə dövlət məmurlarından narazılıq dalğası yaranıb.  Xüsusən də şəhid və qazi ailələrinə göstərilən diqqətsizliklə bağlı problemlər var. Bu mənada Prezidentin həmin açıqlaması ilk növbədə icra hakimiyyəti strukturlarında kadr islahatlarının olmasını aktual edir. İnsanlar daha çox məhz bu sahəyə rəhbərlik edən bəzi məmurların haqsızlığı ilə üzləşir. Rayon icra hakimiyyəti başçılarının əksəriyyətinin dəyişiləcəyi gözlənilir.
Nazirliklər arasında isə yerlərdə əsas narazılıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyilə və Kənd Təsərrüfatı Nazirliyindəndir. Bu iki nazirlikdə də müəyyən kadr dəyişikliyinin həyata keçiriləcəyi gözləniləndir”.
“Konstitusiya islahatları ola bilər”
Bunu isə açıqlamasında ReAL-ın icra katibi Natiq Cəfərli söyləyib: “Azərbaycanda 2016-cı ildən bəri istər yerli özünüidarəetmədə, mərkəzi hökumət və ya Prezident Adminstrasiyasında, Nazirlər Kabinetində  kifayət qədər ciddi kadr dəyişiklikləri olub. Yəqin ki, bu davam edəcək. Amma daha vacibi yeni idarəetmə modeli və fəlsəfəsinə keçidlə bağlı Prezidentin söylədikləridir.
Bu yerli özünü idarəetmənin gücləndirilməsi, icra hakimiyyəti institutunun ləğv edilib, əvəzində daha effektiv institutların yaradılması, ciddi kadr dəyişikliklərinin olması ola bilər. Bütünlükdə oyun qaydaları və idarəetmə sistemi fəlsəfəsinin dəyişdirilməsi vacibdir. Fikrimcə, artıq Azərbaycan həmin mərhələyə yaxınlaşıb.  Qarşıda bizi maraqlı qərarlar gözləyir. Hətta Konstitusiya islahatlarının reallaşması ehtimalı da var”.

Bu yazılara da göz atın...