Home banner Daşnak Partiyasının üzvündən Dağlıq Qarabağda MESAJ:”Artsax 10 milyon ERMƏNİNİN NƏFƏSİNİ HİSS ETMƏLİDİR”

Daşnak Partiyasının üzvündən Dağlıq Qarabağda MESAJ:”Artsax 10 milyon ERMƏNİNİN NƏFƏSİNİ HİSS ETMƏLİDİR”

by admin
7 views

“Artsax Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyan və Xarici İşlər Naziri David Babayan ilə geniş mövzuları müzakirə etdik.”

Kaim.az xəbər verir ki, bu haqda Yerkir.am-a müsahibə verən  Daşnaktsütyun Ali Qurumunun nümayəndəsi İşxan Saqhatelyan danışıb. O  Dağlıq Qarabağa  səfəri zamanı keçirdiyi rəsmi görüşlərin nəticələri   barədə açıqlama verib. Onun sözlərinə görə, sualların birinci qrupu Artsaxın sərhədlərinin qorunması və əhalinin təhlükəsizliyinin təmin olunması, ikincisi – Artsaxın statusu, üçüncüsü – Artsax əhalisinin üzləşdiyi sosial-iqtisadi problemlərlə əlaqəli idi:

“Biz  Daşnaksütyun olaraq bu üç istiqamətdə aparılan işlərdə tam və fəal iştirak etməyə hazır olduğumuzu bir daha təsdiqlədik” Görüşlər zamanı  Artsaxın Azərbaycan daxilində statusunun təmin edilməsi prosesini istisna tam istisna etdik. Buna görə Artsaxın beynəlxalq tanınması və işlərin koordinasiyası ilə bağlı əlavə müzakirələrin davam etdirilməsi üçün əlavə bir razılıq əldə etdik. Artsax xalqının arxasında 10 milyon erməninin nəfəsini hiss etməsi vacibdir. Bu gün Artsax və Artsaxın yanında dayanmalıyıq Məğlub olmaq haqqımız yoxdur. Xalq ayağa qalxmalıdır, bu, bütün ermənilərin dəstəyi, ortaq şəkildə hazırlanmış addımlarla baş verməlidir. Artsaxı itirmək, Ermənistanı da itirmək, erməni xalqı tarixinin son səhifəsini bağlamaq deməkdir. Kim, kim, ancaq biz buna icazə verməyəcəyi”

P.S. Əslində vacib olan budur- daşnakların bizim ərazidə nə iti azıb? Rus sülhməramlıları nə vaxta kimi erməni siyasətçiləri qanunsuz olaraq ərazimizə buraxacaqlar?

Bu yazılara da göz atın...