Home banner İrəvan küçələrində Paşinyanın hərbi birləşmələri patrul çəkəcək

İrəvan küçələrində Paşinyanın hərbi birləşmələri patrul çəkəcək

by admin
5 views

Ermənistanda  polis islahatı çərçivəsində yaradılan Patrul Xidmətində işləmək üçün elan edilmiş yerlərə  770 vətəndaş işə qəbul edilib.

Kaim.az xəbər verir ki, bu haqda yazan erməni mətbuatı qeyd edir ki, bu islahatların müəllifi Ermənistandakı Soros Fondudur.

 

Bu prosesi əvvəldən sona qədər Soroslu Daniel İonnisyan koordinasiya edib. Soroslular bu prosesi tam nəzarəti altında saxlayıblar. Daniel İonnisyan dünən  Facebook səhifəsində prosesin tamamlandığını elan etdi: “Vətəndaş cəmiyyəti və dünya ictimaiyyətinin iştirakı ilə seçilən təxminən 700 tələbə 5 ay davam edəcək ən ciddi kursu alacaq və qanunu, ədaləti qorumaq üçün küçələrini və dolayısıyla cəmiyyətin dövlətə yeni bir münasibətini formalaşdıracaq.

Sizi əmin edirəm ki, demək olar ki, hamı parlaq bir insandır. İyundan etibarən onları Patrul Xidməti və Yol Polisi əvəzinə Yerevan küçələrində gördüyünüz zaman onları sevəcəksiniz ”

 

Müxalifət isə patrula çıxacaq 700 nəfərə görə narahatdır. Çünki onlar Sorosun adamlarıdır və hansı kriteriyalar əsasında seçildikləri bəlli deyil.

Faktiki olaraq Paşinyan tərəfdarları öz hərbi birləşmələrini yaradırlar ki, bud a Moskva tərəfdarlarına yaxşı heç nə vəd etmir.

İlqar Atayev

Bu yazılara da göz atın...