Home banner Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR – SON DƏQİQƏ

Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR – SON DƏQİQƏ

by admin
15 views
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə yüksək çinli məmurları açıq şəkildə tənqid edib. Ölkə başçısı məmurların indi də Şuşaya maraq salmasından danışıb. O qeyd edib ki, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Azəravtoyol ASC-nin sədri Saleh Məmmədov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov və AZAL prezidenti Cahangir Əsgərov Şuşa ilə bağlı ona müraciət edib, rəhbərlik etdikləri qurumun Şuşa şöbələrini açmağı təklif ediblər, lakin ağır cavablar alıblar.
Prezidentin bu məmurları ifşa etməsi nədən xəbər verir?
Mövzu ilə bağlı “Bakupost.az”a danışan Vətəndaş İnkişafı Partiyasının sədri Əli Əliyev bildirib ki, məmurların adlarının çəkilməsi Prezidentin komandasından narazılığını ifadə etməsidir:
“Əlbəttə, onlar haqqında deyilən sözlərdə məntiq görsənir. Bir halda ki, Prezident bu adamları tanıyır, deyirsə, gedin, işinizlə məşğul olun, deməli, onları işiylə məşğul olmağa göndərmək lazımdır. O adamların acgözlüyü, hərisliyi təbii ki, bəllidir. Sadəcə olaraq ziddiyyət orasındadır ki, Prezident bu acgöz, gözləri doymayan adamları nəyə görə ətrafında saxlayır? Niyə vəzifələrindən uzaqlaşdırmır? Dövlət rəhbəri özü ictimaiyyət qarşısında ifadə edir ki, bu məmurlar dələduzluq sxemlərinin müəllifləridir və Şuşa nümunəsində ona izah verir. Eyni zamanda, bu adamlar uzunmüddətli məmur postlarında fəaliyyət göstərir, lakin qeyd etdiyim kimi, Prezident onları vəzifələrindən kənarlaşdırmır. Bircə başadüşülməyən budur. Bunun da səbəbini Prezident özü bilir”.
Partiya sədri hesab edir ki, ölkə başçısı tərəfindən açıq şəkildə ifşa olunan məmurlar dərhal vəzifələrindən kənarlaşdırılmalıdır.

Bu yazılara da göz atın...