Home banner Qorxmazın HAMAM biznesi və TENDERləri: Prezidentə hesabatı verilmyən, yoxa çıxan 7 milyard – FOTO

Qorxmazın HAMAM biznesi və TENDERləri: Prezidentə hesabatı verilmyən, yoxa çıxan 7 milyard – FOTO

by admin
10 views

Xəbər verdiyimiz kimi, Tarif (qiymət) Şurası ötən gün Azərbaycanda suyun qiymətinin artırılmasına qərar verib.

Bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub.

KAİM.az bildirir ki,  iqtisadçı ekspert Azər Mehtiyev  suyun ikiqat qalxmasını şərh edib.

O bildirib ki, 2015-ci ilin sonuna Azərsu ASC-yə əvəzsiz verilmiş dövlət investisiyalarının məbləği 4.3 milyard manat, 2019-cu ilin sonuna isə bu məbləğ (əlavə ödənilmiş kapitaldakı nəzərə alınmaqla) 6.9 milyard manat olub:
“Yəni bu dövrdə dövlət ASC-yə əlavə olaraq 2.6 milyard manat vəsait yatırıb.
2019-cu ilin sonuna ASC-nin balans zərərinin məbləği 7 milyard manata yüksəlib. 2020-ci ilin hesabatı hələ yoxdur.
Ekspertin sözlərinə görə, artıq dövlətin öz şirkətlərinə büdcədən böyük pullar ayırmaq imkanı da yoxdur:
“Buna görə də suyun qiymətinin qalxması gözlənilən idi.
Amma bir şey var ki, suyun qiyməti artırıldıqca, ASC-nin zərəri də artmaqdadır. Deməli, problem heç də yalnız suyun qiymətində yox, daha çox “quyunun dibi”ndə, yəni ASC-nin bədxərc fəaliyyətindədir. AzərSu ASC-də bütün dövlət  xərcləri çox şişirdilir. Bundan sonrada bu xərclər “investisiya” adı altında subsidiyalaşdırrıla bilinməyəcəyindən, məsələ “daxili mənbələr”in üzərinə düşür. Bu halda hələlik əsas hədəfdə olan “daxili mənbə” müştərilərdir”.

Qeyd edək ki, suyun qiymətinin ikiqat artılması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

KAİM.az xəbər verir ki, tədqiqatçı-jurnalist Cavanşir Həsənli qiymət artımından sonra “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynova məxsus olduğu iddia edilən hamamların fotosunu paylaşaraq bu sözləri yazıb:

“Deyilənə görə “Azərsu”nun şefi Qorxmaz Hüseynovun hamamlarıdır. Hüseynovun bu hamamlarına gələn su  1 milyardlıq Oğuz-Qəbələ-Bakı kəməri ilə gətirilmsidir”.

Bundan başqa Q.Hüseynovun yaxınlarına məxsus onlarla 10 manatlıq MMC-lər var ki, bir neçə  milyonluq iş icraatı ilə məşğul olur. Əlbəttdəki, bu MMC-lərin necə fəailiyyət göstərməsi də hər kəsə gün kimi aydındır. Elə, Qorxmaz Hüseynovada….

 

Bu yazılara da göz atın...