Home MANŞET Qubada 19 kilometrlik xaraba yol niyə təmir olmur-VİDEOŞİKAYƏT

Qubada 19 kilometrlik xaraba yol niyə təmir olmur-VİDEOŞİKAYƏT

by admin
0 views

Azərbaycanın Şimal zonası bir nömrəli turizm zonası sayılır.

Bəli, Qusarda , Qubada bəzi istirahət yerlərinə şüşə kimi yollar salınıb. Hətta dağ zirvələrinə belə.

Amma Qubanın özünə yaxın olanl yerlər diqqətdən kənar qalıb.

Kaim.az-a Küçeyi kəndinin sakinləri şikayət edib.

Quba rayon Küçeyi kəndinin adının tez-tez hallanmamasına sebeb adı çəkilən kəndin yollarının bərbad halda olmasıdır.Belə ki,qış aylarında daha keçilməz olan bu yollar kənd sakinlərinin də işlərində böyük çətinliklər törədir.Yay aylarında isə yollarin vəziyyəti nisbətən yaxşılaşır.
Küçeyi kəndinin təbii əlverişli,coğrafi şəraitdəyerləşməsi burada turizmi inkişaf etdirməyə imkan verir.Bu yolda en böyük maneəisə yolun özüdür.

Kəndə gedən 19 kilometr yolun 14 kilometri tamamilə bərbaddır. Qışda elə vəziyyətdə olur ki, nəinki maşın, piyada hərəkət edə bilmir.

Kəndə son dəfə asfalt çəkilişi sovet dövründə olub. Sakinlər deyir ki, maşın sürmək bir kənara qalsın, adicə ayaqla yol getmək belə imkansızdır. Bilmirik ki, problem niyə həll olunmur.

Şair necə deyib…

Beləgözel kəndin gözəl məkanın,
Keçilməz yolları heyif ki, çoxdur.

 

 

Bu yazılara da göz atın...