Home banner Respublika Klinik Xəstəxanasında ÖZBAŞINALIQ – GİLEY

Respublika Klinik Xəstəxanasında ÖZBAŞINALIQ – GİLEY

by admin
10 views

“İNSAN SAĞLAMLIĞI SOSİAL MƏSƏLƏLƏR ARASINDA ƏN BİRİNCİ YERDƏDİR VƏ BU GÜN AZƏRBAYCANDA BU SAHƏDƏ GÖZƏL NƏTİCƏLƏR VAR”

HEYDƏR ƏLİYEV

Amma əfsuslar olsun ki, indi bizim səhiyyədə insan sağlamlığının qorunması sayəsində xidmət göstərən və buna əməl edənlər azdır. Bəzi xəstəxanalarda özbaşınalıqlar, haqsızlıqlar, xəstələrə baxımsızlıqlar baş alıb gedir. Bu gün də səhər saatlarında “Respublikanski” kimi tanınan Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik Dövlət Xəstəxanasında çox acınacaqlı, ət ürpədici, İyrənc bir hadisə olmuşdur.

Xəstəxanadan bizə verilən məlumata görə (şəkərdən müalicə alan) Endokrinologiya şöbəsində 90-na yaxın xəstələrə çörək verilməyib. Deyilib ki, çörək yoxdur. Maraqlıdır bəs dövlətin bu xəstəxanaya ayırdığı çörək hara gedir? Birdə xəstəyə verilən mannının içindən də tük çıxıb. Xəstə qazimiz Məlik müəllim tükdən iyrəndiyi üçün ona verilən mannını yeməkdən imtina edib və ac qalmışdır. Orda olan böyük tibb bacısı xəstələri yalançı adlandırıb özünə haqq qazandırır. Bundan başqa Nevrologiya şöbəsində xidmət göstərən Aytən həkimdən də xəstələr çox naraziçılıq edirlər.

Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında özbaşnalıq və acınacaqlı vəziyyət

Bundan başqa mən “Qanunyolu.info.az” xəbər portalının rəhbəri xəstəmizi ziyarət edərkən maraqlı mənzərənin şahidi oldum və bunu lentə aldım. Xəstəxanaya xəstələri ziyarətə gələnlərdən başqa hətta alverçilər də gəlir. Kimi pal-paltar, kimi məişət əşyaları, kimi gündəlik istifadə olunan lazımı əşyalar gətirib satırlar. Hətta axşam saatlarında bu xəstəxanaya dəlləklərdə gəlib çıxır. Çox maraqlıdır bu kimi xoşagəlməz hadisələrdən xəstəxananın baş həkimi Telman İbadovun xəbəri yoxdur ki? Bəs Telman İbadov hara baxır? Nəyə nəzarət edir bilmək olarmı? Yoxsa ancaq başı qarışıb xəstəxanaya gələn dərmanları, dərman peraparatlarını satmağa? Qəbuluna da düşmək çox çətin bir məsələdir. Telman İbadovun katibəsi gələnlərin hamısını yönəldir baş həkimin müavini hörmətli Mahir həkimin üstünə. Bəs görəsən baş həkim niyə qəbul etmir? Başı nəyə qarışıbdır ki, ona sözü olanları qəbul etməkdən imtina edir?
Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında özbaşnalıq və acınacaqlı vəziyyət

Hə birdə nəzərinizə onuda çatdırmaq istərdim ki, bu alverçilər dünyamızı cənginə alan (COVİD-19) bir vaxtda necə və hansı yolla yuxarı çıxıb gətirdikləri malları palatanın qapılarını bir-bir açaraq burda müalicə alan xəstələri narahat edərək onlara, orda işləyən tibb bacılarına, həkimlərə satırlar? Bəlkə bu alverçilər arasında COVİD-19- a yoluxanlar var? Bəlkə bunlar arasında dövətimizi istəməyən bəd xassəli insanlar var?

Amma xəstə yanına gələn insanları bəzi hallarda yuxarı buraxmırlarki pandemiyadır. Bax bu bizlərdə çox maraq doğurur? Mən “Qanunyolu.info.az” xəbər portalının rəhbəri olaraq aidiyyatı orqanlardan xahiş edirəm məsələ ilə bağlı hərəkətə keçsinlər. Xəstəxanada olan özbaşnalıqlara, haqsızlıqlara qarşı tədbir görsünlər. Bu kimi özbaşnalıqlar xəstələri, insanları cənab Prezidentimizə, dövlətimizə qarşı qaldırırlar. Bu isə dözülməzdir!!!

Ümid edirəm ki, aidiyyatı orqanlar, Səhiyyə nazirliyi, TƏBİB bu özbaşnalığa biganə qalmayacaq və bu işdə müqəssir olanları tezliklə layiqincə cəzalandıracaq.

mənbə: Gundemxeber.az

Bu yazılara da göz atın...