Home banner TƏCİLİ! İcra başçılarının tas qoyduğu və dövlət dərmanlarının pul ilə SATILDIĞI XƏSTƏXANALAR HANSILARDIR?

TƏCİLİ! İcra başçılarının tas qoyduğu və dövlət dərmanlarının pul ilə SATILDIĞI XƏSTƏXANALAR HANSILARDIR?

by admin
36 views

Bir neçə gün öncə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədov  saxlanıldı. Məlumatlarda onların maliyyə yeyintisinə görə saxlanıldığı açıqlandı.

KAİM.az xəbər verir ki, xəstəxanalardakı bu tip özbaşınalıqlar yetəri qədərdir. Reaksiya TV-nin efirində aparıcı Zaur Qəriboğlu Bakının Qaradağ rayonunun 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanası baş verən neqativ hallardan danışıb. Jurnalist Masallıda olan qanun pozuntularının eynilə Qaradağdakı səhiyyə ocağında da təkrarlandığını deyib:

“Qaradağ rayonunun 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanası var. Elçin Hüseynov baş həkimdi. Poliklinika şöbəsinin baş həkimi Sevda Hacıyevadı. Orada çox böyük bıabırçılıqdı, alver gedir. Dövlətin verdiyi dərmanları satırlar, qeydiyyatı olan-olmayan adamlara pulla arayış yazırlar. Bununla bağlı əlimdə faktlar var. Qaradağ rayonunda qeydiyyatda olduğumuz üçün oradan tez-tez istifadə edirik. Dövlətin verdiyi dərmanları Elçin Hüseynov camaata satır. Mən bir çox məsələləri açmayacam. Hər halda, dövlət özü araşdıracaq”.

O, efir vasitəsilə Qaradağ rayonunun 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanası ilə bağlı araşdırmanın aparılması üçün hüquq-mühfizə orqanlarına müraciət edib:

“Baş Prokurorluğa Dövlət Təhlükəsizlik Xidmətinə buradan ictimaiyyət nümayəndəsi olaraq, jurnalist olaraq müraciət edirəm. Həmin o xəstəxanada araşdırmalara başlayın, görün orada nələr var. Lazım olsa, mən də sizə o faktları təqdim edəcəm. Dövlətin verdiyi dərmanları camaata pulla satırlar”.

Z.Qəriboğlu bildirib ki, əslində bu cür vəziyyətin yaranmasında maraqlı qüvvələr var və onlar məqsədli şəkildə insanları dövlətdən narazı salmaq istəyir:

“Başqa xəstəxanalarda da var. İcra başçıları tərəfindən tas qoyulur və həmin o taslar yığılır. Deməli, bu həbslər heç bir nəticə vermir. Bunlar nəticə çıxarmırlar, kiməsə güvənirlər. 5-ci kolonun hansısa yerində qalan həmin adamlara güvənirlər. Bunların məqsədi Azərbaycanın insanını narazı salmaq, ölkədə süni şəkildə narazılıq yaratmaqdır”.

Demokrat.az

Bu yazılara da göz atın...