Home banner ABŞ-dan KRİTİK HƏMLƏ: Qərb Ukraynanı Putinin aqressiyasından xilas EDƏ BİLƏCƏKMİ? – MÜSAHİBƏ

ABŞ-dan KRİTİK HƏMLƏ: Qərb Ukraynanı Putinin aqressiyasından xilas EDƏ BİLƏCƏKMİ? – MÜSAHİBƏ

by admin
12 views

Hegemon dövlətlərin kiçik ölkələr üzərində qurduğu oyunların davamını siyasi müstəvidə aşkar şəkildə görürük. Azərbaycan-Ermənistan müharibəsinin Qafqazı silkələməsindən sonra, indidə Rusiya-Ukrayna münasibətləri tarixdə görülməmiş qədər gərginləşib. Krımın ilhaqı, Donbas münaqişəsi və s. məsələlər dünya gündəmini zəbt etmiş durumdadır.

Baş verən siyasi proseslərin oxucularımız üçün anlaşıqlı tərzdə və ətraflı izahı üçün ictimaiyyəti maraqlandıran sualları siyasi ekspert Kamal Əliyevə ünvanlayaraq, fikirlərini öyrəndik. Rusiya-Ukrayna münasibətlərinin hazırkı vəziyyəti, qərbin situasiya ilə əlaqədar ata biləcəyi addımları müzakirə etdik.

Siyasi ekspert Kamal Əliyev

***

Həmsöhbətimiz ünvanladığımız “ABŞ Ukraynaya hərbi gəmiləri göndərməkdən vaz keçdi, bunu necə başa düşmək olar?” sualına verdiyi cavabda bildirdi ki, Bayden adminstrasiyası konkret hərbi konfrantasiyanın baş verməsində kifayət qədər ehtiyatlı davranır:

“Zənnimcə, ABŞ prezidentinin hərbi gəmiləri Qara dənizə göndərməmək qərarı Putinə bir jest kimi də qəbul oluna bilər. Hətta, Bayden Putinlə 3-cü ölkədə görüşmək istədiyini də bildirib. Bundan başqa, ABŞ Ukraynaya edəcəyi hərbi yardımları da 3 dəfə azaldıb. Məncə, indiki gərgin atmosferdə ABŞ-ın bu addımı kifayət qədər düşündürücüdür. Bu gün Putinin mətbuat xidmətinin rəhbəri Peskov yaxın gələcəkdə Putin-Bayden görüşünün baş tutmayacağını da bildirib. Peskov onu da əlavə edib ki, səbəblərdən biri də ABŞ-ın Rusiyaya mümkün iqtisadi sanksiyalarıdır.”

Bəs bundan sonra hadisələrin seyri necə ola bilər və ya Ukrayna meydanda tək qala bilərmi? – sualına siyasi ekspertin cavabı belə oldu:

“Güman etmirəm ki, Ukrayna meydanda tək qalacaq. Sadəcə, qərbdə Rusiya ilə olan gərgin situasiyanı nisbətən daha yumşaq idarə etməkdə maraqlıdır. Ukraynanın ərazi bütövlüyü hər şeydən əvvəl ukraynalılar üçün qiymətlidir. Və bu dövlətin haqqı var ki, Dönüş, Luqansk, hətta Krımın üzərində də öz suveren hüquqlarını bərpa etsin. Lakin ABŞ-ın iki hərbi gəmini Qara dənizə göndərməməsi ehtimal edirəm ki, Zelenski hökumətini də təəccübləndirib. Üstəlik, Ukraynaya yardımların 3 dəfə azaldılması əməlli-başlı şok effekti yaradıb. Hazırda Ukrayna xalqında öz ərazi bütövlüyünü bərpa etmək üçün böyük həvəs yaranıb. Bunu Putin də çox gözəl başa düşüb. Lakin, Ukrayna Rusiya aqressiyası qarşısında tək qalmamalıdır. Mən hələ də ABŞ-ın iki hərbi gəmisini Ukraynaya göndərməkdən son anda vaz keçməsini dərk edə bilmirəm. Putin aqressordur və öz imperiya maraqları üçün hər addımı ata bilər. Düzdür, Qərb Ukraynaya mümkün hərbi yardımları edir, hətta hərbi təlimatçılar da göndərib. Amma bu, kifayət qədər deyil, bax bu, məndə şübhələr yaradır.”

Siyasi ekspert Kamal Əliyevin fikirlərinə görə, Ərdoğan hökuməti əlindən gələni edir ki, Türkiyə ehtimal olunan münaqişədə neytral mövqe nümayiş etdirsin:

“Türkiyə NATO-nun üzvüdür və istəsə də bu münaqişədə sona qədər neytral qala bilməyəcək. Türkiyə hökuməti Ukraynaya xeyli PUA satıb. Ruslar da buna cavab olaraq Türkiyəyə iyuna qədər hava nəqliyyatını bağlayıb. Rusiyanın Türkiyə ilə güclü iqtisadi bağları var. Putin Ərdoğandan istəyir ki, bu münaqişəyə qarışmasın, hətta Ukraynaya silah da satmasın. Mənə görə, Putin hələ də istədiyinə nail ola bilməyib. Rus turistlərinin Türkiyəyə səyahətinin qarşısının alınması prinsipcə Türkiyəyə iqtisadi təzyiqlərin təzahürüdür. Hərçənd, qarşıdan turizm sezonu gəlir və bu, Türkiyənin xeyli vəsait itirməsidir. Zelenskinin İstanbulda Ərdoğanla görüşməsi, imzalanan sənədlər rəsmi Kremli narahat edir. Bu üzdən, Rusiya Türkiyəyə qarşı təzyiq metodlarını işə salıb. Görünür, Putin Türkiyənin Qərbdə soyuq münasibətlərindən də istifadə etməyə çalışır” – deyə həmsöhbətimiz bildirdi.

“Kainat” Analitik İnformasiya Mərkəzi / KAİM.az

Kənan Bahadur

Bu yazılara da göz atın...