Home banner “Oqtay Şirəliyevə vurulan iynənin ucu dəyişdirilib yarısı da mənə vurulsaydı…” – FOTOLAR

“Oqtay Şirəliyevə vurulan iynənin ucu dəyişdirilib yarısı da mənə vurulsaydı…” – FOTOLAR

by admin
22 views
“İndi hamımız borcun içində Titanik gəmisi kimi batırıq”
Pişik Günel kimi tanınan tanınmış ifaçı Günel Ələkbərova  suallarımızı cavablandırdı.
 
– Daima dinamik həyat tərzi keçirən Günel üçün pandemiya dönəmi necə keçdi?
– İnsan düşdüyü mühitə zamanla öyrəşir. Bizim ağlımıza belə gəlməzdi ki, evə qapanıb, çölə çıxmayacağımız və çıxanda belə saatla çıxa biləcəyimiz günləri yaşayacağıq. Çölə çıxdıqda bütün işlərimizi bizə verilən 3 saata sığdıracağıq. Artıq bir ildir ki, qoruyucu maska ilə gəzirik. İstər psixoloji, istərsə də maddi olaraq çox çətin günlər yaşayırıq.
 
– Koronavirusa qarşı ölkəmizə gətirilən vaksini vurduracaqsınızmı?
– Əslində peyvəndin vurulmasına pis baxmıram. Yəni biz uşaq vaxtı da gözəgörünməz  viruslardan qorunmaq üçün peyvənd vurdurmuşuq, hətta öz  uşaqlarımız üçün də istifadə etmişik.  Bu normal bir haldır. Ancaq koronavirusa qarşı ölkəmizə gətirilən vaksinə güvənmirəm. TƏBİB-in açıqlamasından sonra belə qərar verdim ki, mən o vaksin vurdurmayacam. TƏBİB açıq aydın qeyd edib ki, vaksini vurdurduqdan sonra insan əmək fəaliyyətini itirə, şikəst qala, ən pis halda dünyasını dəyişə bilər. Belə olduqda ölən insanın ailəsinə kompensasiya ödəniləcək. Sağ olsun, təşəkkür edirik TƏBİB-ə ki, insanları öncədən  xəbərdarlıq edir.
– Vaksini ilk olaraq Səhiyyə naziri Oqtay Şirəliyev, TƏBİB İdarə Heyətinin sədri  Ramin Bayramlı da vurdurdu.  Bundan sonradamı inanmırsınız?
– Oqtay müəllimin vurdurğu vaksinin tərkibindən xəbərdar deyiləm. Səhiyyə nazirinin vurdurduğu vaksinin eynisindən də mən də  istəyirəm. İndi insanlara vurulan vaksinin içində nə olduğundan xəbərsizik. Razıyam mənə vaksin vurulsun, o halda ki, Oqtay Şirəliyevə  vurulan iynənin ucu dəyişdirilib yarısı da mənə vurulsaydı. Vallah,  vitamin komplesi bizə də xeyirdir. Böyük məmnuniyyətlə mən də istəyərdim. Son zamanlar hamının elə vitaminlərə ehtiyacı var. Üstəlik bu gün qəbul etdiyimiz meyvə və tərəvəzlərin  mənşəyi bəlli deyil.
– Hər kəs o vaksinləri vurdurmaq məcburiyyətində deyil. 
– Bəli, vaksinlərin vurulmasının könüllü olacağı deyilir. Könüllü odur ki, insan özü istəyərəkdən gedib vaksin vurdurur. Amma “peyvənd olunmasan işə gedə bilməzsən” və ya “peyvənd olunmamısansa başqa ölkəyə gedə bilməzsən” kimi şərtlər qoyulanda, artıq bu könüllü olmur. Mən işləyirəmsə deyirlər ki, sənin peyvəndin yoxdursa işləyə bilməzəsn. Bu artıq könüllü deyil. İnsan məcburdur ki, işləsin, çörək pulu qazansın. Böyük bir müharibədən çıxmış ölkəyik. İnsanlar həm maddi, həm də mənəvi olaraq həssas dönəm keçirir. Belə oyunlarla insanların əsəbləri ilə oynamasınlar, onları təşvişə salmasınlar. Biz  də Allahın yaratdığı bəndələrik. Biz TƏBİB-in təcrübə aparatı ya da qurbağa, siçan deyilik. İnsanların həyatı ilə oynamaq olmaz. Yenə də sağ olsunlar ki, öncədən insanlara xəbərdarlıq etdilər. Düzdür, sonra  bu xəbəri təkzib etdilər, amma od olmayan yerdən tüstü çıxmaz. Biz də bu xalqın nümayəndələriyik. İndi gözləri boyamaq üçün birinci səhiyyə nazirinin də vaksin vurdurmasına heç kim inanmır. Özlərinə vurdurduqları vaksindən biz də istəyirik. İnsnalar çörəyi qulağının dibinə yemir. Xalq hər şeyi gözəl bilir.
– Əvvəlki həyat rejiminizdə ən çox nə üçün darıxırsınız?
– Pul qazanmaq, işləmək üçün darıxıram. Əslində evdə ailəmlə zaman keçirmək yaxşıdır. Pandemiyadan öncə də ailəmlə, uşağımla zaman keçirmişəm. Demirəm ki, əvəllər bütün günü toylarda idim. Amma indi məni daha çox darıxdıran pul qazanmamaqdır. İndi hamımız borcun içində Titanik gəmisi kimi batırıq. Doğurdan da vəziyyət yaxşı deyil. Borclarım məni darıxdırır.
– Bəs ana olduqdan sonra həyatınızda nələr dəyişdi?
– Ana olduqdan sonra həyata baxışım dəyişdi. Övladım dünyaya gəldikdən sonra sanki böyüdüm, səbr etməyi bacardım. Əvvəl daha səbirsiz, hövsələsiz idim, nəsə xoşuma gəlməyndə sərt reaksiya verirdim. İndi daha hövsələli olmuşam.
– Övladınızın sənətinizi davam etdirməyini istəyərsinizmi? 
– İstərdim ki, qızım gələcəkdə vicdanlı həkim olsun. Bu atasının da arzusudur. Ancaq oxumağa böyük həvəsi, gözəl də səsi var. O, oxuyanda atasının xoşu gəlmir. Qızımın bütün qərarlarında onu dəstəkləyəcəm və seçimi ona buraxacam. Ancaq fikrimi soruşursunuzsa mən qızımın sənətimi davam etdirməsini istəməzdim. Çünki çox keçməkeşli və əziyyət tələb edən sənətdir.  moderator.az

Bu yazılara da göz atın...