Home QAFQAZ XƏBƏRLƏRİ ŞAD XƏBƏR! Əsirlikdə olan hərbçimiz Vətənə GƏTİRİLDİ

ŞAD XƏBƏR! Əsirlikdə olan hərbçimiz Vətənə GƏTİRİLDİ

by admin
15 views

Rusiya sülhməramlılarının nəzarəti altında Azərbaycanla Ermənistan arasında əsirlərin dəyişdirilməsi prosesi baş tutub.

KAİM.az xəbər verir ki, bu barədə Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin rəhbəri general Rüstəm Muradov deyib.

“Şəxsən mənim nəzarətim altında rus sülhməramlılarının apardıqları iş nəticəsində Rusiya Hərbi Kosmik Qüvvələrinin təyyarəsilə əsirlikdə olan bir nəfər Bakıya çatdırıldı, 5 nəfər isə İrəvana qaytarıldı”, – Muradov bildirib.

*** 

Azərbaycan Rusiya tərəfinin vasitəçiliyi ilə daha 5 əsiri Ermənistana qaytarıb.

Sfera.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Erməni əsirlər Qarabağdakı Rusiya sülhməramlıları kontingentinin komandanı, general-leytenant Rüstəm Muradovun müşayiəti ilə Bakıdan Yerevana gətirilir.

Ermənistan baş nazirinin müavini Tiqran Avinyan Azərbaycanda saxlanılan 62 erməni diversantın ailə üzvlərinə zəng etdiyini söyləyib./sfera.az

KAİM.az

Bu yazılara da göz atın...