Home QAFQAZ XƏBƏRLƏRİ Xeyli erməni hərbçi mülki geyimdə Laçından keçərək Əsgərana gedərkən saxlanıldı-TƏCİLİ

Xeyli erməni hərbçi mülki geyimdə Laçından keçərək Əsgərana gedərkən saxlanıldı-TƏCİLİ

by admin
7 views

Ermənistan Müdafiə Nazirliyinin 15 hərbçisi əsir alınıblar. Onlar Laçın dəhlizindən keçərək Əsgəran rayonuna çatmaq üçün mülki paltar geyiniblər və bu minvalla guya “adi vətəndaş”lar olduqlarını göstərməyə çalışıblar.

KAİM.az xəbər verir ki, Erməni bloqer Vardan Qukasyanın yaydığı məlumatda tutulan ermənilərin Ermənistan Müdafiə Nazirliyinin hərbi xidmətə çağırdığı şəxslər olduğu bildirilir.

Ermənistanın Müdafiə Nazirliyi və habelə, erməni bloqerlər, Telegram-dakı erməni kanallar bu məlumatı “feyk” adlandırsalar da, Gorusda yaşayan ermənilər 15 erməni hərbçinin saxlandığını təsdiqləyiblər.

İrəvan-Gorus-Xankəndi marşrutunun Laçın rayonundan keçən hissəsi, yəni “Laçın dəhlizi” 6 kilometr uzunluğundadır.

Noyabrın 9-dan 10-a keçən gecə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli anlaşmaya görə, eni 5 km olan Laçın dəhlizi Ermənistanla qarabağlı ermənilər arasında nəqliyyat-kommunikasiya vasitəsi rolunu oynamalıdır.

“Laçın dəhlizi” Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı kontingentinin nəzarətindədir.

Şuşanın yanından keçən İrəvan-Xankəndi marşrutu müvəqqətidir. Yaxın 3 il ərzində yeni marşrut çəkilməli və Laçın şəhəri dəhliz üçün ayrılmış 5 kilometrlik zolaqda qalmaq “məcburiyyət”indən qurtulmalıdır.

Eyni zamanda, Qarabağın rusiyalı sülhməramlıların nəzarətində olan hissəsində Ermənistan Müdafiə Nazirliyinin istisnasız olaraq, bütün hərbçiləri son nəfərədək çıxarılmalıdır.

Bu, üçtərəfli anlaşmanın 4-cü bəndində nəzərdə tutulub.

Lakin Ermənistan anlaşmanın həmin bəndinə əməl etmir.

Qarabağda hələ də minlərlə erməni hərbçi var və onlar dislokasiya yerlərini dəyişməyiblər.

Ermənstanın Müdafiə Nazirliyi hələ də Qarabağda rusiyalı sülhməramlıların nəzarətində olan ərazilərə hərbçilər yollayır, onları rotasiya edir.

15 erməni hərbçisinin də mülki paltarda tutulması buna dəlalət edir.

Bu yazılara da göz atın...