Home QAFQAZ XƏBƏRLƏRİ DİQQƏT! Sülhməramlılara qarşı təxribatla bağlı Rusiya MN-dan VACİB AÇIQLAMA

DİQQƏT! Sülhməramlılara qarşı təxribatla bağlı Rusiya MN-dan VACİB AÇIQLAMA

by admin
39 views

“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir”.

KAİM.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin fəaliyyəti barədə bugünkü açıqlamasında bildirilir.

“İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

Gün ərzində atəşkəs pozuntuları qeydə alınmayıb. Rusiya sülhməramlı kontingentinin hərbi personalına qarşı təxribat xarakterli hərəkətlər olmayıb.

Rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edir və əhaliyə humanitar yardım göstərir”, – deyə məlumatda qeyd olunub.

Məlumata görə, Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizlənməsi qrupları Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzrə işlərini davam etdirirlər:

“Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 1640 hektar ərazi, 513 km yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1586 yaşayış binası partlamamış hərbi sursatlardan təmizlənib, 25 173 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

Rus sülhməramlı kontingentinin bütün hərəkətləri koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün tədbirlərə uyğun olaraq həyata keçirilir.

Rus sülhməramlılarının təhlükəsizliyini təmin etmək və baş verə biləcək hadisələrin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”. /Modern.az

Bu yazılara da göz atın...