Home QAFQAZ XƏBƏRLƏRİ Ermənistanda Rusiya hərbi bazasının daha iki dəstək MƏNTƏQƏSİ YARADILDI

Ermənistanda Rusiya hərbi bazasının daha iki dəstək MƏNTƏQƏSİ YARADILDI

by admin
0 views

Ermənistanın cənubunda 102-ci Rusiya hərbi bazasının iki dəstək məntəqəsi yaradılıb.

KAİM.az xəbər verir ki, bu barədə baş nazir vəzifəsini icra edən Nikol Paşinyan bildirib.

“102-ci Rusiya hərbi bazasının Sünik bölgəsində (Zəngəzur -red.) iki dəstək məntəqəsi yaradılıb. Bu, yalnız Sünikin deyil, Ermənistanın da təhlükəsizliyini təmin etmək üçün əlavə bir zəmanətdir”, – Paşinyan vurğulayıb.

Xatırladaq ki, aprel ayında Paşinyan Ermənistan və Rusiyanın 102-ci hərbi bazanın ölkənin cənubunda yeni məntəqəsinin yaradılması barədə imkanların müzakirə olunduğunu bildirmişdir. O, ölkəsinin xarici təhlükəsizliyinin təmin edilməsinin əsasını Ermənistan-Rusiya hərbi ittifaqı təşkil etdiyini deyib.

Bu yazılara da göz atın...