Home QAFQAZ XƏBƏRLƏRİ “Göyçə – itirilmiş Vətən” adlı sənədli film HAZIRLANDI – VİDEO

“Göyçə – itirilmiş Vətən” adlı sənədli film HAZIRLANDI – VİDEO

by admin
1 views

Göyçə mahalı haqqında yeni sənədli film hazırlanıb.

KAİM.az xəbər verir ki, “Göyçə – itirilmiş Vətən” adlanan film “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.

Filmdə Göyçə mahalının tarixindən, onun Azərbaycan xalqı üçün nə dərəcədə önəmli, müqəddəs məkan olmasından söz açılır. Bu bölgənin mədəniyyətimizə, tariximizə bəxş etdiyi dəyərlər xüsusi vurğulanır.

Göyçənin oğuz-aşıq sənəti filmdə xüsusi bir xətt kimi keçir. Film boyu səslənən aşıq musiqiləri də ekran əsərinə daha artıq rəng qatır.

Filmdə ermənilərin Göyçə mahalına köçürülməsi siyasəti, ermənilərin orada yerləşəndən sonra əraziyə olan iddiaları haqqında ətraflı məlumat verilir.

Bu yazılara da göz atın...