Home QAFQAZ XƏBƏRLƏRİ “İskəndər” Şuşada niyə böyük dağıntı TÖRƏTMƏYİB? – ŞOK DETAL

“İskəndər” Şuşada niyə böyük dağıntı TÖRƏTMƏYİB? – ŞOK DETAL

by admin
1 views

Şuşaya “İskəndər-M” raketi atılıb. Əmin olun ki, atılan raket də partlayıb. Məsələ atılan “İsgəndər” raketi deyil, onun daşıdığı başlıqdır. Raketlərin daşıdığı başlıqdan asılı olaraq onun dağıdıcılıq qabiliyyəti də dəyişir.

KAİM.az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov deyib.

Yaşar Aydəmirov bildirib ki, illərlə ermənilər bizi xüsusi silahlarının olması ilə təhdid edirdi:

“2016-cı il hərbi paradında Ermənistan ordusunun həmin silahı nümayiş etdirdiyini gördük. Məlum oldu ki, Ermənistan ordusunda “İskəndər” operativ-taktiki raket kompleksi var.

O ki qaldı Vətən müharibəsində istifadəsinə, “İskəndər”in tətbiq edildiyini erməni rəsmiləri ilk dəfə özləri deyib. O cümlədən Ermənistan Baş naziri Nikol Paşinyan da etiraf etdi ki, “İskəndər” kompleksindən istifadə etmişik. ANAMA-nın son məlumatlarından da görürük ki, Şuşaya “İskəndər” raketləri atılıb.

Bu gün ən çox verilən suallardan biri Şuşaya atılan “İskəndər” raketlərinin krateri ilə bağlıdır. Yəni niyə krater balaca, dağıdıcılıq azdır. Əslində bunun cavabı çox sadədir: “İskəndər” raketlərinin müxtəlif növ başlıqları olur. Ermənistan ordusunda “İskəndər” raketləri olsa da, çox güman ki, başlıqları yoxdur. Rusiya bu başlıqları heç vaxt Ermənistana verməz”.

Ehtiyatda olan general-leytenant onu da əlavə edib ki, “İskəndər” raketlərinin müxtəlif modifikasiyaları mövcuddur:

“Şuşada tapılan İskəndər-M raketi ilk modeldir. “İskəndər” raketlərinin ümumi çəkisi 3.8 ton, yalnız döyüş başlığının çəkisi isə 480 kq-dır. ANAMA-nın aşkarladığı “İskəndər-M” raketi – 9M723-ün qalıqlarından da görünür ki, sözügedən raketə aid başlıq yoxdur. Bunu ucluğun partlamaması da sübut edir. Diqqət etdinizsə, “İskəndər” raketinin düşdüyü ərazidə dağıntı 9M723-ün başlığı üçün zəifdir. Ermənilərdə bu başlıqlar olmadığı üçün təsir dairəsi az olan başlıqlardan istifadə ediblər. Şuşada tapılan qalıqlar da bunun bariz sübutudur”.

General bildirib ki, “İskəndər” raketlərinin radarlardan yayınma imkanları genişdir:

“İskəndər” raketləri sabit bir trayektoriya ilə uçmur, hədəfə atılarkən trayektoriyasını çevik şəkildə dəyişib, beləcə radarlardan yayına bilir”.

Bu yazılara da göz atın...