Home QAFQAZ XƏBƏRLƏRİ TƏSDİQLƏNDİ! ANAMA: “Şuşaya “İskəndər-M” raketi ATILIB” – FOTO

TƏSDİQLƏNDİ! ANAMA: “Şuşaya “İskəndər-M” raketi ATILIB” – FOTO

by admin
1 views

“Martın 15-də Agentlik tərəfindən Şuşa şəhərində aparılan təmizləmə əməliyyatı zamanı iki müxtəlif yerdən raket qalıqları aşkar olundu”.

KAİM.az KONKRET.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargahının rəisi İdris İsmayılov deyib.

O qeyd edib ki, aparılan tədqiqat zamanı raketin üzərində olan “9M723” indeks kodu yoxlanılıb:

“Bu zaman məlum olub ki, bu “İskəndər” raketinin qalıqlarıdır. Həmin qalıqlar bir-birindən 780 metr məsafədədir. Son aparılan araşdırma nəticəsində qənaətə gəlindi ki, atılmış raket “İskəndər-M” raketidir. Hazırda partlayış yerində və ətrafında ilkin tədqiqatlar keçirilməkdədir”.

Bu yazılara da göz atın...