Home Seçmə Rusiya telekanalı Ağdamda: “Biz arxamızda bu cür şəhər buraxmamışdıq” – VİDEO

Rusiya telekanalı Ağdamda: “Biz arxamızda bu cür şəhər buraxmamışdıq” – VİDEO

by admin
4 views

Rusiyanın DOJD telekanalı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanat nəticəsində Azərbaycana təhvil verilən Ağdam rayonundan reportaj hazırlayıb.

Telekanalın müxbiri Ağdam şəhərinin qısa müddət əvvəl Azərbaycana təhvil verildiyini və şəhərin tamamilə dağıldığını qeyd edib.

O, həmçinin bir qədər əvvəl dövlət başçısı İlham Əliyevin Ağdam məscidində olmasından da bəhs edib. Həmçinin məscidin minarələrindən birinə qalxan çəkiliş heyəti buradan Ağdamın tam görüntüsünü – dağıntıların miqyasını izləyicilərə təqdim edib.

Daha sonra məsciddə illər sonra namaz qılan azərbaycanlıların düşüncələrinə yer verilib.

Müsahibə verən Ağdam sakinlərindən biri böyük ürək yanğısı ilə illər əvvəl şəhəri tərk etdiklərini, lakin gedərkən arxalarında bu cür şəhər buraxmadıqlarını bildirib. O, arzusunun reallaşdığını və doğma yurduna qayıtdığını bildirib.

yenildier.info

Bu yazılara da göz atın...