Home SİYASƏT Ərdoğan Pierre Veboya qarşı irqçi fikirləri qınadı – FOTO

Ərdoğan Pierre Veboya qarşı irqçi fikirləri qınadı – FOTO

by admin
8 views

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Başakşehir” texniki komandasından olan Pierre Veboya qarşı irqçi fikirlərə münasibət bildirib.

Bu barədə o, “Twitter” hesabında paylaşım edib.

“Təmsilçimiz “Başakşehir” texniki komandasından Pierre Veboya qarşı edilən irqçi fikirləri qətiyyətlə qınayıram və UEFA tərəfindən lazımi addımların atılacağına inanıram.

İdmanda və həyatın bütün sahələrində irqçiliyə və ayrıseçkiliyə qeyd-şərtsiz qarşıyıq”, – deyə o qeyd edib.

Türkiyə prezidenti qeydini “Notoracism” (İrqçiliyə yox) həştəqi ilə bitirib.

Qeyd edək ki, “Çempionlar Liqası”nda səfərdə PSJ ilə qarşılaşan “Başakşehir”də köməkçi məşqçi Pierre Vebo irqçi hücuma məruz qalıb.

yenilider.info

Bu yazılara da göz atın...