Home SİYASƏT Ceyhun Bayramov italiyalı nazirlə Qarabağı müzakirə etdi

Ceyhun Bayramov italiyalı nazirlə Qarabağı müzakirə etdi

by admin
9 views

Dünən Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Luici Di Maio ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazirlər bölgədə mövcud son vəziyyəti müzakirə edib, o cümlədən, 9 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanatın icrası və bəyanatdan irəli gələn bir sıra məsələlərin həyata keçirilməsinin vacibliyini, bu bəyanatın bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Nazirlər, həmçinin, ölkələr arasında mövcud olan ikitərəfli əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıblar. Çoxtərəfli formatlarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

yenilider.info

Bu yazılara da göz atın...