Home SİYASƏT Lukaşenko İlham Əliyevin oğlunu NÜMUNƏ GÖSTƏRDİ

Lukaşenko İlham Əliyevin oğlunu NÜMUNƏ GÖSTƏRDİ

by admin
0 views

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında beynəlxalq standartlara cavab verən ali məktəblərdə gənclərin təhsildəki probleminə toxunub. Eyni zamanda Lukaşenko Belarusun Azərbaycan təcrübəsini öyrənməyə başlayacağını vurğulayıb.

KAİM.az xəbər verir ki, A. Lukaşenko İ.Əliyevə müraciət edərək deyib: “Yaxşı ali məktəblər çoxdur. Yeri gəlmişkən, bildiyim qədər oğlunuz da (Azərbaycan Prezidentinin oğlu Heydər Əliyev – red.) Bakıda orta məktəbi bitirib və indi ali məktəbdə oxuyur”.

Prezident İlham Əliyev isə öz növbəsində oğlunun Bakıda ali məktəbi bitirdiyini, orduda xidmət etdiyini təsdiq edib.

Prezident Aleksandr Lukaşenko davam edib: “Bəli, Bakıda oxuyub, yaxşı ali məktəblər var, əgər Prezident öz uşağını Bakıdakı ali məktəbdə oxudursa, deməli, bu, dəyərli ali məktəbdir. Vaxtilə biz də bunu qeyd etmişik”. / konkret.az

Bu yazılara da göz atın...