Home SİYASƏT Putinin pərdə arxası Qarabağ PLANI və Revanşist Köçəryan FİQURU-TƏHLİL

Putinin pərdə arxası Qarabağ PLANI və Revanşist Köçəryan FİQURU-TƏHLİL

by admin
24 views

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın birbaşa Rusiyanın adamı olduğunu az qala hamı bilir. Robert Köçəryan Qarabağ ermənisidir və Xankəndidə doğulub. Hələ 80-ci illərin sonunda Dağlıq Qarabağda geniş vüsət almış separatizmin ən öndə gedənlərindən biri olub. Həmişə də Robert həvəslə, şövqlə rəsmi Kremlin direktivlərini həyata keçirib.

Əlbəttə, Köçəryanla yanaşı keçmiş erməni prezident Serj Sarkisyanda Qarabağdakı separatizmdə həmişə “fəallıq” göstərib. Sonra baş verənləri də azərbaycanlılar çox gözəl xatırlayır. İndi də Putin yavaş-yavaş Köçəryanı Ermənistanda hakimiyyətə hazırlayır. Putin hələ ki, nəbz yoxlayır. Bilir ki, Köçəryan Qarabağ klanını təmsil edir və Ermənistanda arzulanmayan, korrupsioner keçmişi olan siyasətçidir. Erməni müxalifətinin indiki lideri Vazgen Manukyan deyir ki, Ermənistanı Rusiyaya bağlayan yeganə ip Qarabağdır; əgər Qarabağ kartı da aradan qalxsa, Ermənistanın Rusiyaya bağlılığı xeyli zəifləyəcək.

Etiraf edək ki,Manukyan bu iddiada təmamilə haqlıdır.

Diqqət edin, Putinin hazırda Ermənistanda Köçəryandan savayı inandığı siyasətçi yoxdur. Digər tərəfdən, 44 günlük müharibədəki məğlubiyyətə baxmayaraq, ermənilər hələ də Paşinyana alternativ tapa bilmirlər. Əlbəttə, Paşinyanın nüfuzu əvvəlki kimi güclü deyil. Ancaq ortada ölkəni düçar olduğu ağır staqnasiyadan çıxaracaq parlaq siyasi persona da görünmür. Köçəryan isə “daydayı” Putinə arxalanıb yenidən hakimiyyətə gələcəyini deyir.

Hesab edirəm ki, indiki situasiyada Köçəryanın Ermənistanda iqtidara gəlməsi xoşagəlməz olardı. Çünki, bu qəddar putinist revanşistdir. Köçəryan Dağlıq Qarabağın sonrakı statusuna əngəl çıxara bilər. Hələ də biz məcburi köçkünləri Xankəndi, Ağdərə, Xocavəndə yerləşdirə bilməmişik. Putin bu prosesi uzatmaq və Köçəryanı Ermənistanda iqtidar etmək üçün cəhdlər edəcək. Artıq bunun işartılarını sezmək olur. Fikir verin, Azərbaycana aid olan yük maşınları Kəlbəcərə buraxılmır, erməni nazirlər tez-tez Xankəndiyə gəlir və s.

Həm Rusiya, həm də ermənilər vaxtı uzadır, bu prosesdən maksimum karlı çıxmağa cəhd edir. Putin isə altdan-altdan öz işini görür…

Kamal ƏLİYEV

Bu yazılara da göz atın...