Home banner SON DƏQİQƏ! Moskvada DANIŞIQLAR BAŞLAYIR – Ermənistan və Azərbaycanı kimlər təmsil edəcək

SON DƏQİQƏ! Moskvada DANIŞIQLAR BAŞLAYIR – Ermənistan və Azərbaycanı kimlər təmsil edəcək

by admin
49 views

Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının inşasının müzakirə edilməsi üçün Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin görüşünün vaxtı məlum olub.

Oxu24.com -un   xəbərinə görə, bu barədə RBK Rusiya və Ermənistan hökumətindəki iki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, görüş yanvarın 27-də Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək.

Məlumatda bildirilib ki, üçtərəfli görüşdə Azərbaycan tərəfindən Şahin Mustafayev, Rusiyadan Aleksey Overçuk, Ermənistandan isə Mqer Qriqoryan iştirak edəcəklər.

Qeyd edək ki, yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünün yekunları ilə bağlı Baş nazirlərin müavinlərindən ibarət üçtərəfli işçi qrupun yaradılması qərarı verilib.

Bu yazılara da göz atın...