Home SİYASƏT Türkiyə Prezidenti: “Qardaşlarımız bir addım atdılar və ondan sonra iş getməyə başladı”

Türkiyə Prezidenti: “Qardaşlarımız bir addım atdılar və ondan sonra iş getməyə başladı”

by admin
8 views

“Bu zəfərin, başda bu işin liderliyini edən qardaşıma, onun şəxsində Azərbaycan türkü qardaşlarıma mübarək olmasını diləyirəm”.

Yenilider.info xəbər verir ki, bu sözləri bu gün Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması mərasimindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Həqiqətən 44 günlük bir savaşdan sonra ortaya çıxan nəticə Azərbaycandakı qardaşlarımızı necə sevindiribsə, Türkiyədəki qardaşlarını da elə sevindirib. İstər hökumətimiz, istərsə də bu məqamda parlamentin böyük bir qismi olaraq bu sevinci bərabər yaşadıq. Buna mətbuatın da böyük bir qismi qatıldı.

Rəbbim bundan sonrakı prosesi, inşallah, uğurlarla dolu olaraq davam etdirməyi də nəsib etsin. 30 il nəyə görə Qarabağda bu əzablar çəkdirildi? Bu Minsk Qrupu deyilən üçlüyün vəzifəsi nə idi? Niyə bu qədər yubandılar? Bunu nəticəyə qovuşdurardılar. Daha sonra daha müsbət mesajlar gəlməyə başladı. Əlbəttə bunların önündə də Fransa vardı. Davamlı şəkildə qardaşıma zəng edirdilər. Ondan nəticələr əldə etməyə çalışırdı. Zaman-zaman bizlə də əlaqə yaratmaq istəsələr də, biz buna dönmədik. Çünki bilirdik ki, dərdləri başqadır. Xüsusən qardaşlarımız öz göbəyimizi özümüz kəsəcəyik dedilər, addım atdılar. Addım atıldıqdan sonra iş getməyə başladı. Ondan sonra biz cənab V.Putinlə görüşlər keçirdik. Xüsusən kəşfiyyat, müdafiə müstəvisi üzərində danışıqlar aparıldı. Mən burada cənab V.Putinin yanaşmasını bir kənara qoya bilmərəm. Onun müsbət yanaşmaları bu prosesdə effektli oldu.

Bu arada yenə qardaşımın ifadə etdiyi kimi platforma məsələsinə mən də əhəmiyyət verirəm. Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan, əgər qəbul edərsə, Ermənistan bu platformanın daxilində yer ala bilər”.

Bu yazılara da göz atın...