Home SOSİAL Sentyabrın 15-dən ənənəvi tədris belə bərpa OLUNA BİLƏR – Nazir şərtləri AÇIQLADI

Sentyabrın 15-dən ənənəvi tədris belə bərpa OLUNA BİLƏR – Nazir şərtləri AÇIQLADI

by admin
1 views

“Yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətdən Bakıda 54 %-i, Sumqayıtda 69 %-i, Abşeronda 60 %-i, digər bölgələrdə isə 50 %-i koronavirus əleyhinə peyvənd vurdurub”.

KAİM.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, bu rəqəmlər hər gün dəyişir: 

Hər hansı məktəbin işçi heyətinin 85 %-dən çoxu vaksinasiya prosesindən keçibsə, həmin təhsil ocağını müəyyən mənada təhlükəsiz məktəb kimi qiymətləndirə bilərik. Əminəm ki, təhsilin bütün sahəsi üzrə 80-90 % müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik. Əks halda sadəcə hansısa qapanma və dalğalarla pandemiya uzun müddət davam edəcək. Ona görə də ən effektiv üsul peyvəndləmədir”.

O həmçinin xatırladıb ki, son aylarda gündəlik yoluxanların təxminən 4-6 %-ni müəllimlər təşkil edib:

“Həmin faiz sırf məktəblərdə yoluxmalarla bağlı deyil. Müəllimin də ailələri var və ailədaxili yoluxmalar qeydə alınır. Şagird yoluxması da 6-8 % təşkil edib. Bəzi məktəblərdə müəllimlər arasında kütləvi yoluxma faktları çox az hallarda qeydə alınıb və həmin təhsil ocaqları da distant tədrisə keçib”.

Bu yazılara da göz atın...