Home SOSİAL “SOCAR Petroleum” CNG-nin pərakəndə satışını 39 faiz artırıb

“SOCAR Petroleum” CNG-nin pərakəndə satışını 39 faiz artırıb

by admin
12 views

Bu ilin yanvar-noyabr ayları müddətində “SOCAR Petroleum” QSC pərakəndə satış bazarında 3,163 milyon kubmetr sıxılmış təbii qaz (CNG) satıb.

Bu barədə “Report”a “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.
Onun sözlərinə görə, 2019-cu illin eyni dövrü ilə müqayisədə CNG-nin pərakəndə satışı 39 faiz artıb.

O bildirib ki, CNG şəbəkə təchizatçısı olan “SOCAR Petroleum”un yanacaqdoldurma məntəqələrinin onunda bu mühərrik yanacağının satışı həyata keçirilir.

Xatırladaq ki, CNG beynəlxalq praktikada geniş istifadə olunan qənaətli, ekoloji təmiz (Avro-6 standartının tələblərinə cavab verən) mühərrik yanacağıdır.

yenilider.info

Bu yazılara da göz atın...