Home SOSİAL Sumqayıt Tibb Kollecinin 8 MMC ilə işbirliyini kim araşdıracaq?

Sumqayıt Tibb Kollecinin 8 MMC ilə işbirliyini kim araşdıracaq?

by admin
6 views

Rəfail Eyvazovun qanunları saymadığı açıq-aydın görsənir. Direktor kollecin elanlarda yerləşdirdiyi əlaqələndirici şəxsin telefon nömrəsini də,e-mail adres də formal olaraq yazdırıb. Elə bilin elanı görüb kotirovka sorğusunda iştirak üçün müraciət etmək istəyirsiniz,lakin cavab verən yoxdur. Arxada isə bir ünvanda yerləşən 8 MMC ilə işbirliyi qurulur. Bu isə kollec rəhbərliyinin arxayınçılığından irəli gəlir. Ötən yazıda da qeyd etdiyimiz kimi Azərbaycan Həmkarlar Konfederasıyasının sədri,millət vəkili Səttar Mehbalıyev ilə qohumluq telləri Rəfayil Eyvazova bir tədris ocağının,bir dövlət müəssisəısinin rəhbəri olduğunu unutdurub. Rəfail Eyvazov Tibb Kollecinin diroktorluğu ilə yanaşı həm də bizneslə məşğuldur. restoranlar şəbəkəsinə sahibdir. Ona kollecdə imtahanlardan yığdığı pullar bəs etmirmiş kimi,dövlət vəsaitlərinə də göz dikir.Bir kollecdə il yarım ərzində 500 min manat civarında dövlət vəsaiti hara xərclənib? Üstəlik bu bir il yarımın 8-9 ayında koronavirus pandemiyası ilə əlaqədər kollecdə tədris prosesi dayandırılıbsa?

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin araşdırması artıq bizə bəlli oldu.Bəs Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bunun kimi ciddi korrupsiya əməlinə nə üçün biganə yanaşır? Hesablama Palatası dövlət vəsaitinin xərclənməsində yol verilən nöqsanlar barədə bir mətbuat orqanı olaraq qaldırdığımız məsələni niyə araşdırmır? Araşdırılması üçün heç olmasa Sumqayıt Tibb Kollecinə bir məktub da göndərmir Hesablama Palatası.Bəs onda bir ünvanda yaradılmış 8 MMC vasitəsi ilə Sumqayıt Tibb Kollecinin hesabından çıxarılmış 500 min manat civarında dövlət vəsaitinə “görülmüş işləri” kim araşdıracaq?
(Aktualinfo.org)

yenilider.info

Bu yazılara da göz atın...