Home Şou Kamil Zeynallı bir ay müddətinə həbs edildi

Kamil Zeynallı bir ay müddətinə həbs edildi

by admin
12 views

Kamil Zeynallı bir ay müddətinə həbs edilib. 

Bununla bağlı Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhər regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib.

O bildirib ki, hadisə dünən axşam saatlarında baş verib:

“K.Zeynallı Kəlbəcərə getmək istəyib. O, Göygöldə saxlanılıb. Polis əməkdaşları izah edib ki, işğaldan azad edilən Kəlbəcərə hazırda mülki şəxslərin getməsi qadağandır. Kamil Zeynallı təkid edib”.

Qeyd edilib ki, saxlanılan K.Zeynallıya qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilib, iş baxılması üçün Göygöl rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə K.Zeynallı bir ay müddətində inzibati qaydada həbs edilib.

yenilider.info

Bu yazılara da göz atın...