Home Şou Məşhur serialın çəkiliş qrupu DƏHŞƏT içində – VİDEO

Məşhur serialın çəkiliş qrupu DƏHŞƏT içində – VİDEO

by admin
213 views

Bu yaxınlarda İstanbulun Maltəpə ilçəsindəki hotellərdən birində çəkilişlərə hazırlaşan “Eşkiya dünyaya hökümdar olmaz” serialının heyətinə alkoqol və narkotikin təsiri altında olan şəxslər hücum edib.

Publika.az xəbər verir ki, serialın baş qəhrəmanı Oktay Kaynarca açıqlamasında qadın işçilərə hücum edən dələduzlardan danışıb:

“Adamların 50 cinayət işi var, peşəkardırlar, onlarla mübarizə apara bilmərik”, – aktyor bildirib.

Xatırladaq ki, hoteldə qalan üç nəfər şəkil çəkdirmək bəhanəsi ilə aktyorların qaldığı otağın qarşısına gəlib. Aktyorlar şübhəlilərin içkili olduğunu görərək şəkil çəkdirməkdən imtina edib. Bundan sonra sərxoş dələduzlar çəkilişlərə hazırlaşan serialının işçilərinə hücum edib.
yenilider.info

Bu yazılara da göz atın...